YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının bir qrupu təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının bir qrupunun yüksək fəxri adlar, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlətimizin başçısının sərəncamlarına əsasən, Azərbaycanın müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə Müdafiə Sənayesi Nazirliyinin iki əməkdaşına “Əməkdar mühəndis” fəxri adı verilib. Həmçinin Azərbaycanda müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə dörd nəfər “Tərəqqi”, üç nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.