YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Brüsseldə keçirilən görüşlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı irəliləyişlərin müsbət yöndə gedəcəyindən xəbər verir

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə işgüzar səfəri zamanı edilən açıqlamalar Cənubi Qafqazdaki vəziyyətlə bağlı irəliləyişlərin müsbət yöndə gedəcəyindən xəbər verir. Azərbaycan Prezidentinin səfər çərçivəsində keçirdiyi görüşlər və verdiyi bəyanatlar da məhz bu istiqamətdədir. Burada əsas məqsəd bölgədə sabitliyi bərqərar edərək insanların rahat yaşamasını təmin etməkdir. Vacib olan sülhə gedən yolu açmaqdır. Azərbaycan artıq uzun illərdir bunun üçün əlindən gələni edir.

Bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver söyləyib.

O deyib: “Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin adından verilən yazılı açıqlamada Avropa İttifaqının bağlantı yollarını iqtisadi yatırım planı çərçivəsində dəstəkləməyə hazır olduğunu bildirməsi çox vacib məqamdır. Zəngəzur və Laçın dəhlizlərinin qarşılıqlı fəaliyyət göstərməsi mövzusunda qərarlı olan İlham Əliyev bunu NATO-nun Baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə mətbuat konfransında açıq bəyan etdi. Bundan əlavə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Fransa Prezidenti Emmanuel Makronun üçtərəfli görüşləri Avropa İttifaqı ölkələrinin mövzuya verdiyi xüsusi əhəmiyyətin göstəricisidir. Daima sülh tərəfdarı olan və bunu uzun illərdir gündəmdə tutan Azərbaycan Ermənistan üçün səmimi bir sülh qapısı açıb. Avropa İttifaqının burada iştirakının isə sülhə gedən yolun açılmasına dəstək verəcəyinə inanırıq”.