YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Yasamal rayon təşkilatının "Mətbuat prospekti 37A" ünvanında yerləşən ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

İlk öncə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov YAP-nın yarandığı gündən ulu öndər Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsində inamlı addımlarla irəlilədiyini qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.

Sonra "Mətbuat prospekti 37A" ünvanında yerləşən ərazi partiya taşkilatının sədri Vaqif Məmmədov VI qurultaydan sonrakı dövrdə görülən işlər haqqında hesabat verib.

Hesabat məruzəsi ətrafında Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova və Nazilə Rəhimova çıxış ediblər.

Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra səsvermə nəticəsində "Mətbuat prospekti 37A" ünvanındakı ərazi partiya təşkilatının sədri Təravət Muradova, sədr müavini isə Nazilə Rəhimova seçilib.