YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ermənistan sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidir

Ermənistan sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidir. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik.

Bu fikirləri Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində söyləyib.

Dövlətimizin başçısı Azərbaycanın münasibətləri normallaşdırmağa hazır olduğunu, lakin hələlik Ermənistan tərəfdən heç bir müsbət işarə alınmadığını bildirərək deyib: “Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var”.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın mövqeyi açıq-aşkardır: “Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik”.

 

DİGƏR Xəbərlər Arxiv