YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya XİN: Assosiasiya haqqında sazişlərin imzalanması “Şərq Tərəfdaşlığı” siyasətinin son mərhələsi deyil

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç martın 16-da Avropa İttifaqının Xarici İşlər üzrə Şurasının iclasında iştirak edib. İclasda Aİ-nin üzvü olan ölkələr Afrika regionunda böhranların idarə olunması və həll edilməsi barədə strateji diskussiya aparıblar.
Tədbir iştirakçıları martın 6-da Aİ-nin xarici işlər nazirlərinin qeyri-rəsmi müşavirəsində başlanan Liviya və “Şərq Tərəfdaşlığı” haqqında diskussiyaları davam etdiriblər.
E.Rinkeviçs əmin olduğunu bildirib ki, Riqa sammitində Aİ “Şərq Tərəfdaşlığı” siyasətində iştirak etməkdə həqiqətən maraqlı olduğunu təsdiq edəcək. Buna görə də “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan dövlətlər ilə assosiasiya haqqında sazişlərin imzalanması yekun mərhələsi deyil, başlanmış işin davamıdır. Riqa Bəyannaməsi “Şərq Tərəfdaşlığı”nın üzvü olan hər bir ölkənin fərdi tələbatına söykənən real sənəd olacaq.
Xarici İşlər üzrə Şuranın iclası ayda bir dəfə keçirilir. Şuraya Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini başçılıq edir.