YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının “Ələsgər Qayıbov 10Q” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ələsgər Qayıbov 10Q” ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

 Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvü Ceyhunə Rüstəmli  gündəlikdəki məsələlər barədə məlumat verib.

 Daha sonra ərazi partiya təşkilatının sədri Ceyhun Yusifov geniş hesabat məruzəsi ilə çıxış edərək görülən işlərdən bəhs edib. Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda həmçinin  təşkilati məsələlərə baxılıb, Ceyhun Yusifov yenidən ərazi partiya təşkilatının sədri, Araz Əliyev isə sədr müavini seçiliblər.

Sonda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsul əməkdaşı Vüsal Əliyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.V.Əliyev ərazi ilk partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.