YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan investisiya forumu öz işinə başlayıb

Bakıda Azərbaycan investisiya forumu öz işinə başlayıb. Britaniyanın “The Economist Events” jurnalı tərəfindən təşkil olunan forumda Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli şəxslər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları iştirak edirlər.
Forum “The Economist” jurnalının redaktoru Con Endryusun moderatorluğu ilə keçir.
Forumda “Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”, “Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”, “İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”, “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”, “Milli artımı təmin etmək üçün təhsil və tədris”, “İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və “Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması” mövzuları ətrafında müzakirələr aparılır.