YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatında Vətən müharibəsi qazisi ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatında Vətən müharibəsi qazisi Ağabəyov Ramin Zöhrab oğlu ilə görüş keçirilib.

Qazinin doğum günü münasibətilə təşkil olunan görüşdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi vurğulanıb.

Qeyd edək ki, 23 yaşlı qazi Vətən müharibəsi zamanı Murovdağ uğrunda gedən gərgin döyüşlərdə başından və ayağından ağır yaralanıb. Ramin Ağabəyov göstərdiyi qəhrəmanlıqlara görə “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda YAP Qusar rayon təşkilatı tərəfindən Vətən müharibəsi qazisinə fəxri fərman və hədiyyə təqdim edilib.