YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.

Növbəti hesabat-seçki yığıncağı M.Fizuli küç., 65 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında keçirilib.

Öncə hesabat-seçki yığıncağı Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək başladı.

Sonra ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olundu.

Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatının sədr və sədr müavini seçilib. Gülbəniz Əliyeva Yeni Azərbaycan Partiyası M.Fizuli küç., 65 ünvanı üzrə ərazi ilk partiya təşkilatının sədri, Emil Səfərov isə sədr müavini seçiliblər.

İclasın sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.