YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAŞAT” Fondu: Məişət şəraitinin yaxşılıaşdırılması istiqaməti üzrə 8 mindən çox müraciət təmin edilib

"YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 738, itkin ailə üzvlərinin 5 və yaralıların 4 min 746 müraciəti olmaqla ümumilikdə 8 min 489 müraciət təmin edilib.

Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ötən il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə hər bir körpənin anasına min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.