YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Azərbaycanın və Türkiyənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Səfər çərçivəsində dekabrın 7-də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Kurtulmuş arasında görüş olub.

Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olunub.