YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT nümayəndəsinə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barədə məlumat verilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində dekabrın 3-də ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.

Görüşdə ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə, imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv