YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Ermənistanın üçtərəfli razılaşmaları pozması münaqişəsonrası təhlükəsizliyə ciddi maneədir

Ermənistanın davamlı şəkildə üçtərəfli razılaşmaları pozaraq, hərbi qüvvələrini geri çəkməməsi və mina xəritələrini Azərbaycan verməməsi münaqişə sonrası təhlükəsizliyin bərqərar olmasına maneçilik törədir.

Bunu İsveçin paytaxtında keçirilən ATƏT Nazirlər Şurasının görüşündə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.

Qarabağ münaqişəsinin başa çatması ilə bu ərazilərdə Azərbaycanın irimiqyaslı bərpa-quruculuq işlərinə start verdiyini vurğulayan Ceyhun Bayramov işğalçılar tərəfindən tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Nazir qeyd edib, işğalçıların bu torpaqlarda uzun illər boyu saysız-hesabsız minalar yerləşdirməsi səbəbindən bu gün Azərbaycan dünyada ən çox minalanmış ölkələrdən biridir. Ermənistan mina xəritələrini təqdim etməkdən boyun qaçırır və yalnız son bir ildə mina partlayışları nəticəsində aralarında sıravi vətəndaşların və jurnalistlərin də olduğu 180 nəfər həyatını itirib və yaralanıb.