YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucarda şəhid Şahı Məmmədlinin ildönümü mərasimi keçirilib

Ucar rayonunun Bərgüşad kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədli Şahı Elman oğlunun ildönümü mərasimi keçirilib. Anım mərasiminə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva, Milli Məclisinin deputatı Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri qatılıblar. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə çiçəklər düzüb, ruhuna dualar oxuyublar. Çıxışlarda şəhidin qısa və şərəfli həyat yolundan danışılıb. 

Qeyd edək ki, şəhid Şahı Məmmədli Vətən müharibəsində Tərtər, Suqovuşan, Talış, Ağdərə uğrunda vuruşub. Oktyabrın 16-da Tərtər- Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şahı Məmmədlinin özündən sonra Ömər adlı oğul övladı yadigar qalıb.