YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası və “Nur Otan” Partiyası arasında səmərəli və qarşılıqlı əlaqələr yaradılıb

Müstəqillik bütün xalqların əsas sərvətidir. Qazaxıstan 30 il ərzində sosial, iqtisadi və siyasi sistemdə islahatların aparılması baxımından böyük üstünlüklər əldə etmişdir. Qazaxıstan bu gün siyasi platformalarda iştirak edir və dövlətlərarası münasibətləri fəal şəkildə təşviq edir.

Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AZƏRTAC-a və Qazaxıstanın “Astana” telekanalına müsahibəsində deyib.

Bugünkü forumun ölkələr arasında siyasi və partiyalararası əlaqələrin yaxşılaşması ilə əlamətdar olduğunu bildirən T.Budaqov tədbirdə müasir tələblər və tendensiyalar nəzərə alınmaqla partiya islahatlarının müzakirə edildiyini bildirib.

Azərbaycan ilə Qazaxıstan arasında dostluq, qardaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə toxunan T.Budaqov qeyd edib ki, prezidentlər İlham Əliyevin və Qasım-Jomart Tokayevin şəxsi dostluq əlaqələri, məqsədyönlü siyasəti ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin uğurlu inkişafını təmin edən aparıcı amillərdir.

“Ümummilli lider Heydər Əliyev və elbası Nursultan Nazarbayev Azərbaycan-Qazaxıstan münasibətlərində etimadın yaranmasına və inkişafına, hakim Yeni Azərbaycan Partiyası və “Nur Otan” Partiyası arasında səmərəli və qarşılıqlı faydalı əlaqələrin yaradılmasına böyük töhfələr veriblər”, - deyən T.Budaqov iki hakim partiyanın gənclər təşkilatları arasında yeni yaradılmış əməkdaşlığın, nəzərdə tutulan qarşılıqlı səfərlərin və birgə layihələrin həyata keçirildiyini vurğulayaraq bundan sonra da əlaqələrimizin inkişafına və dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.