YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İƏT-ə üzv ölkələr arasında sıx əməkdaşlıq əlaqələri yaradır

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri    

Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Bu illərdə Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənmiş, əlaqələri xeyli genişlənmişdir. Hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır. Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhran bir sıra iri dövlətlərə çox ciddi zərbələr vursa da, Azərbaycana bir o qədər də təsir göstərə bilmədi. Ölkəmizin bu uğurları da diqqətdən yayınmamış və rəsmi Bakı əlaqələrini daha da artırmışdır. Hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına müsbət şəkildə töhfə verməkdən ibarətdir. 2006-cı ildə İƏT-in Bakıda keçirilən 9-cu Zirvə Görüşündə mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülməsi və rəsmi Bakının 2006-cı və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi zamanı iqtisadi əməkdaşlıqlar zəminində çox müsbət rol oynayıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. Artıq Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb, sıfırdan yeni şəhər və kəndlər salmağa başlayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında qəbul edilmiş Aşqabad Bəyannaməsində Azərbaycanın lider dövlətlərdən biri olaraq maraqları əks olunur. Təşkilata üzv dövlətlər Azərbaycanın işğaldan azad olunan ərazilərində yenidənqurma layihələrini icra etməyə çağrılır. Görülən işlər içərisində xüsusi vurğulanmalı olan işlərdən biri də bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin önəmli hissəsinə çevriləcək Zəngəzur dəhlizinin icra olunması istiqamətində görülən işlərdir. Prezident İlham Əliyevin Aşqabadda Zəngəzur dəhlizinin reallığa çevrildiyini bildirməsi, bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevrilməsi,  İƏT-ə üzv olan ölkələrin bu dəhlizdən istifadə edəcəklərini söyləməsi İƏT-ə üzv olan ölkələrinin iqtisadi əməkdaşlığını daha da sıxlaşdıracaq.