YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının üzvləri şəhid Natiq Rəşidovun ildönümü mərasimində iştirak ediblər

Saatlı rayonunun Dədə Qorqud kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəşidov Natiq Məmmədrza oğlunun ildönümü mərasimi keçirilib. Anım tədbirinə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri də qatılıblar. Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən  qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışıblar. Qeyd olunub ki, ölkəmizə şanlı qələbə sevinci bəxş edən şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq.

Təşkilat üzvləri şəhidin ailəsi ilə görüş zamanı onların qayğı və problemləri ilə də maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.