YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Araz çayı boyunca dəmir və avtomobil yollarının çəkilməsi məsələsi həllini tapıb

Aşqabadda keçirdiyimiz görüşdə qardaşım İlham Əliyev Rusiya səfərinin və orada hörmətli Putin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşün yaxşı və məhsuldar keçdiyini söylədi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən vətənə dönərkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə edib.

Ümumilikdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısının nəticələrini yüksək dəyərləndirən, gündəlikdə duran digər mühüm məsələlərlə bərabər, Türk Dövlətləri Təşkilatına (TDT) olan kənar baxışlara münasibət bildirən Türkiyə dövlətinin başçısı Prezident İlham Əliyevin Soçi səfəri ilə bağlı fikirlərini bölüşərək deyib: “Bu görüş sayəsində indi artıq Araz çayı boyunca dəmir yolu və avtomobil şosesinin çəkilməsi məsələsi həllini tapıb. Atılacaq bu addımlarla bərabər, İğdıra qədər uzanacaq avtomagistral məsələsi var. Magistral yol məsələsi xüsusilə Naxçıvanın çətinliklərini aradan qaldırmaq, digər tərəfdən də Ermənistan ərazisindən keçməklə Azərbaycan ilə İğdır arasında əlaqələrin qurulması istiqamətində uğurlu addım olacaq. Bununla bərabər, istər şose, istərsə də dəmir yolu ilə sərnişin və yük daşımalarında mühüm addım atılmış olacaq. Bundan əvvəl altıtərəfli platforma məsələsini gündəmə gətirmişdik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstanla birlikdə altıtərəfli platformanın dövrəyə daxil olması bölgədə sülhü çox açıq şəkildə ortaya qoyacaq. Bu məsələdə də mühüm irəliləyiş var”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, “Teknofest”lə (Aviasiya, Kosmos və Texnologiya Festivalı) əlaqədar Azərbaycanda da mühüm proqram nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv