YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Nurlana Əliyeva: YAP Qadınlar Şurasının təmsilçiləri olaraq sosial proqramlara öz töhfələrimizi verməyə çalışırıq

«Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının ötən illər ərzində, gördüyü işlər barədə geniş söhbət açmaq olar. Bu işlər miqyas etibarilə ölkəmizdə və Azərbaycandan kənarda keçirilən tədbirlərdən ibarət olmuşdur». Bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasınnı sədri Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, bu müddət ərzində qadınlarımız dəfələrlə əlillər evində, ahıllar evində, ata-ana himayəsindən məhrum olmuş uşaqların məskunlaşdığı internat tipli məktəblərdə görüşlər keçirmiş, cəmiyyətin köməyinə böyük ehtiyacı olan ayrı-ayrı insanlarada dəstək olmuşlar. Onun sözlərinə görə, qarşıda cəmiyyət üçün faydalı olan və icra olunması xüsusi əhəmiyyət daşıyan kifayət qədər vəzifələr durur.

«Bu vəzifələrdən ən ümdəsi, təbii ki, qadınlarımızın fiziki və mənəvi sağlamlığının qorunmasıdır. Əlbəttə, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığının qorunması üçün müvafiq sosial proqramlar həyata keçirir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təmsilçiləri olaraq biz də bu prosesə öz töhfələrimizi verməyə çalışır, öz təşəbbüslərimizlə dövlət və hökümət orqanları qarşısında irəli sürdüyümüz faydalı təkliflərlə qadınlarımızın sağlamlıq imkanlarının artırılmasından ötrü bütün mümkün vasitələrin təmin olunmasına səy göstəririk»- deyə, N.Əliyeva vurğulayıb.