YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə şəhid ailələri ziyarət edilib

YAP Şəmkir rayon təşkilatının rəhbərliyi və təşkilatın fəalları Vətən müharibəsi şəhidləri Zamanov Mətləb Nizami oğlunun, Qarayev Telman Əli oğlunun, Qədimova Ayxan Fikrət oğlunun və Nəbiyev Zaur Ələddin oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin döyüş yolundan və göstərdikləri qəhramanlıqlardan danışılıb.

YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, qəhrəman ordumuzun 30 ildən sonra torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunaraq, məzarları önünə gül-çiçək dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Şəhid ailələri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.