YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib

YAP Nərimanov rayon təşkilatının “Qarabağ 69”,  “F.X.Xoyski 119”, “F.X.Xoyski 117” ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

Ərazi partiya təşkilat sədrləri hesabat məruzəsi ilə çıxış edərək təmsil etdikləri təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Bildirilib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatlarının rəhbər orqanlarının yeni tərkibi seçilib.

Yığıncaqlarda çıxış edən YAP Nərimanov rayon təşkilatının məsul əməkdaşı Vüsal Əliyev yeni seçilmiş rəhbərliyi təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.