YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyev çox pafosla danışdığı demokratiyanın "D"- sından belə xəbərdar olmamaqla yanaşı rəhbərlik etdiyi partiyanı da demokratik dəyərlərdən uzaq idarə edir

İlqar Quliyev

YAP Gənclər Birliyinin üzvü

Sosial şəbəkələrdə demokratiya haqqında pafoslu çıxışlar edərək ucuz populizm qazanmağa çalışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin müavini Əliyar Şirməmmədovun öz vəzifəsindən və partiya üzvlüyündən istefa səbəblərini öyrəndikdən sonra Əli Əliyevin demokratiya anlayışını sorğulamamaq mümkün deyil. Demokratiya sözünü dilindən düşürməyən bu şəxs partiyada onunla eyni fikirdə olmayan şəxslərin düşüncələrini qəbul etməməklə yanaşı illərdi yanında olan şəxsə bu səbəbdən münasibətində belə fərq qoyur. Hər kəsə məlumdur ki, hər hansı bir partiyanın rəhbərləri, idarə heyəti arasında bəzi məsələlərdə fikir ayrılıqları ola bilər. Sağlam düşüncəli lider rəhbərlik etdiyi partiyanı təmsil edən şəxslərin fikirlərinə qiymət verər, fikir mübadiləsi aparar və doğru qərar verər. İstefa səbəbindən aydın görünür ki, Əli Əliyev çox pafosla danışdığı demokratiyanın D-sından belə xəbərdar olmamaqla yanaşı rəhbərlik etdiyi partiyanı da demokratik dəyərlərdən uzaq idarə edir. Kiçik bir partiya daxilində demokratiyanı, ədaləti bərpa edə  bilməyən bir şəxsin  demokratiyadan və ədalətdən dəm vurması sədəcə yalanlarla dolu pafosdur. Əli Əliyevin partiyasına olan münasibəti timsalında xalqa münasibətini dəyərləndirmək yerinə düşərdi. Əgər bir şəxs kiçik bir partiya daxilində danışdıqları dəyərlərin tam əksini edirsə, yalnız şəxsi maraqlarını üstün tutursa bu şəxsin dövlət və xalqa verəcəyi nə ola bilər? Bu sualı müharibə dövründə xarici qüvvələrin maliyyə dəstəyi ilə fəaliyyət göstərən youtube kanallarını gəzərək etdiyi çıxışlara nəzər salaraq cavablamaq olar. Danışdığı sözlərlə əməli arasında fərq olan bu şəxsin müxalifliyi də elə partiya rəhbərliyi kimidir. Partiya daxilində öz maraqlarını, təkəbbürünü üstün tutan Əli Əliyev eyni zamanda şəxsi maraqlarını dövlət maraqlarından da üstün tutur. Bu şəxsə izah eləmək lazımdır ki, müxalifətdə olmaq dövlət maraqlarına qarşı gəlmək demək deyil. Vətənini, dövlətini sevən hər kəsin bir dövlət marağı olmalıdır. Ümümilikdə götürdükdə isə özünü youtuber kimi aparmaq, dövlət maraqlarına aqresiv, demaqoq yanaşmaq bu şəxsin acizliyindən irəli gəlir. Azərbaycan bizim ortaq sevgimiz ortaq sərvətimizdir! Bu anlayışı dərk edən hər bir kəs tutduğu siyasi mövqedən aslı olmayaraq şəxsi maraqları kənara qoymalı, dövlətinin yanında olmalıdır. Əli Əliyevin yalan və pafos dolu çıxışları sübut edir ki, bu şəxs dövlət maraqlarına yox, dövlətimizin inkişafını, gücünü istəməyən qüvvələrin maraqlarına xidmət edir.  Dövlətimizin, xalqımızın böyük bir sınaqdan üzüağ çıxması yəqin ki, Əli Əliyevi və onun havadarlarını çox qıcıqlandırıb. Hətta Əli Əliyev o qədər qıcıqlanıb ki, onun bu aqresiyası partiya daxilində belə hiss olunub.  O hətta çox dəm vurduğu demokratik dəyərləri sözdə olsa da yaşada bilməyib. Siyasətdən kənar olan bu şəxsin partiya rəhbərliyindən istefa verərək  youtube-də kanal açaraq talk show aparması daha məsləhətdir. Əminəm ki, Əli Əliyevin bu istedadını görən partiya üzvləri ona bu məsələni məsləhət bilərək partiya üzvlüyündən imtina edəcəklər.