YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında partiyanın yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında ucalan ümummilli lider Heydər Əliyevin büstünün üzərinə qızılgül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və daha sonra Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi münasibətilə partiyanın təmsilçilərini təbrik edib. B.Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatında aparıcı yer alır.

Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov partiyanın yarandığı gündən bu günə qədər keçdiyi şərəfli yoldan danışıb, partiyanın yarandığı dövrə qədər Azərbaycanda baş verən hadisələri xüsusilə qeyd edib.

Bakı Dövlət Universitetinın rektoru Elçin Babayev Yeni Azərbaycan Partiyasının gələcək hədəflərindən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatlardan bəhs edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər”in nümayəndəsi Şahlar Əsgərov partiyanın yaranma tarixindən, ziyalılarının Azərbaycanın gələcəyi üçün atdığı addımlardan, partiyanın ilk və çətin illərindən söz açıb.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov çıxışında partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən danışıb.

Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur ümummilli lider Heydər Əliyevlə olan xoş xatirələrini, Azərbaycan əsgərlərinin 44 günlük müharibədə qazandığı uğurları, Rövşənin timsalında şəhidlərimizin qisasının alındığını səsləndirib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü və partiyadakı ictimai- siyasi fəaliyyətlərinə görə bir sıra şəxslər Fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Tədbirin bədii hissəsi müğənni İlhamə Qasımova, əməkdar artistlər Azad Şükürov, Məleykə Əsədova, Xalq artistləri Teyyub Aslanov və Gülyanaq Məmmədovanın ifaları ilə yekunlaşıb.