YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Andrey Kortunov: Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq

Rusiya-Azərbaycan Ekspert Şurasının formatı açıq diplomatiyanın bir növü kimi iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Düşünürəm ki, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsi hazırkı şəraitdə daha mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasına videoformatda qoşulan Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib.

Rus dilinin xalqlarımız arasında anlaşma dili olmasından məmnunluğunu ifadə edən Kortunov bildirib ki, Qafqaz bizim üçün həmişə ortaq məkan olub və belə də olacaq. Qafqaz xalqları öz qonaqpərvərlikləri ilə həmişə fərqləniblər.

Yüz illər ərzində Qafqazda qapalı sistem mövcud olub. Bu da çoxəsrlik problemlərdən biridir.

Qarşılıqlı münasibətlərdə konstruktivliyin əhəmiyyətindən danışan Andrey Kortunov obrazlı şəkildə deyib: “Azərbaycan və Rusiya zamanın və dünyanın axınında eyni gəmidə üzürlər”.

Dünyanın nəhəng güclərindən olan Çinin Rusiya və Azərbaycanla əlaqələrindən bəhs edən Kortunov qeyd edib ki, pandemiyadan sonra əməkdaşlıqda marağı olan ölkələr arasında münasibətlərin yeni dinamikası hiss olunur.

O, həmçinin deyib: “Region diqqət mərkəzində saxlanılmalıdır. Əməkdaşlığımız daha geniş olmalıdır”.