YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin üzvü Əliabbas Salahzadə və ərazi partiya təşkilat sədrləri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Sonra tədbir Bakı Gənclər Mərkəzinin akt zalında YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Misirxan Vəliyev cıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb. Xalqın təkidi tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizdə vətandaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. Azərbaycanın üçrəngli bayrağını bütün dünyaya tanıtdı. Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev Azərbaycanımızı daha da inkişaf etdirdi. Qətiyyətli, uzaqgörən siyasəti nəticəsində rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi.

Daha sonra tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, ərazi partiya təşkilat sədrləri Ramidə İbrahimova, Cavad Mustafayev, Gülnaz Abdullayeva və fəal gənc Sərxan Şahverdiyev çıxış edərək bildiriblər ki, YAP-ın yaranması, yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Çıxış edənlər partiyamızın Sədri, ölkə Prezidenti , Ali Baş Komandan İlham Əliyevlə qürur duyduqlarını və hər kəsi bundan sonra da dövlət başçısının  ətrafında daha sıx birləşməyə çağırıblar.

Sonda bir qrup partiya fəalı fəxri fərmanlarla təltif olunub.