YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı “Yeni Azərbaycan Partiyası ötən 29 ildə” adlı konfrans keçirib

YAP Xəzər rayon təşkilatı partiyanın təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar Şağan Mədəniyyət Sarayında “Yeni Azərbaycan Partiyası ötən 29 ildə” adlı konfrans keçirib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək qısa müddət ərzində ümumxalq partiyasına çevrilib. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.

Digər çıxış edənlər də YAP-ın Ulu öndərin həyata keçirdiyi siyasətin  avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verməkdə olduğunu söyləyiblər. 

Sonda YAP Xəzər rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəallarına fəxri fərmanlar təqdim edilib.