YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatı partiyanın yaranmasının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında partiyanın yaranmasının 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Maşlıq kənd ƏİPT-nın sədri Asəf Hüseynov, Soyuqbulaq kənd ƏİPT-nın sədri Şaməddin Əsədullayev, Gənclər və İdman İdarəsi ƏİPT-nın sədri Vüqar Cavadov, Göytəpə şəhər 2 saylı ƏİPT-nın sədri Şəhla Mürsəlova və rayon Təhsil şöbəsi ƏİPT-nın sədri Ələkbər Niftiyev 29 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıblar. Qeyd edilib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılıb.

1993-cü il oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulub. Prezident, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə son parlament seçkilərində yenidən YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə respublikamızın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rol oynadığını bir daha göstərdi.

Digər çıxış edənlər də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən düzgün siyasi kursun nəticəsi olaraq, bu gün xalqımızın böyük arzusunun gerçəkləşdiyi, müqəddəs Qarabağ torpağının və işğal altında olan bütün ərazilərimizin öz sahibinə qaytarıldığı, bu torpaqlarda abadlıq və quruculuq işlərinin sürətlə aparılmasının əhəmiyyətindən danışıblar.

DİGƏR Xəbərlər Arxiv