YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Peskov: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir

Ermənistan-Azərbaycan sərhədində vəziyyəti yalnız Qarabağ barəsində ümumi razılaşmaların yerinə yetirilməsi hesabına sabitləşdirmək olar.

RF Prezidentinin mətbuat katibi Dmitri Peskov son hadisələri şərh edərkən belə fikirlər söyləyib.

Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini davam etdirəcək. D.Peskov deyib: “Hər halda biz ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir. Biz hesab edirik ki, bütün ölkələr, ilk növbədə, öz öhdəliklərinə riayət etməlidir və bu, belə insidentlərin təkrarlanmamasının rəhni olacaq”.