YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzulidə YAP-ın 29-cu ildönümü münasibəti ilə sililə tədbirlər keçirilir

Noyabrın 17-də YAP-ın təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Füzuli rayon təşkilatı tədbir keçirib.

Tədbirdə çıxış edən YAP Füzuli rayon təşkilatı səlahiyyətlərini icra edən Almaz Həşimova bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Xalqımız Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. Həmçinin İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın uğurlu hərbi strategiyası, rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində Qarabağın işğaldan azad olunması Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin düzgünlüyünü, bu siyasətin heç bir alternativi olmadığını tam sübuta yetirmişdir.

Təbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Yeni Azərbaycan Partiyası ədalətin zəfər çalması naminə mübarizəyə bütün ömrünü həsr etmiş görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin ideyalarını həyata keçirməyə xidmət edən bir partiya olduğundan daim öz fəaliyyətində sosial ədalət prinsipini rəhbər tutmuşdur. Azərbaycanın sahib olduğu əlverişli coğrafi mövqeyini, təbii sərvətləri və intellektual potensialı xalqımızın rifahı naminə səfərbər etmək, ölkənin iqtisadiyyatını tərəqqiyə çatdırmaq kimi olduqca vacib taleyüklü məsələnin həlli hər zaman Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas məqsədini təşkil etmişdir.

DİGƏR Xəbərlər Arxiv