YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fərid Əliyevin ildönümü mərasimi keçirilib

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əliyev Fərid Pirəli oğlunun ildönümü mərasimi keçirilib.

Bu münasibətlə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, partiya əməkdaşları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin ailəsi ilə görüşən partiya nümayəndələri onların qayğı və problemləri ilə maraqlanıb, belə qəhrəman oğul böyütdükləri üçün təşəkkür ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Fərid Əliyev noyabrın 5-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv