YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad rayonunda YAP-ın yaranmasının 29-cu ildönümü münasibəti ilə futbol turniri keçrilib

Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibəti ilə futbol turniri keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan turnirin açılış mərasimində YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Sabirabad rayon təşkilatının sədr səlahiyyətlərini icra edən Məleykə Ağayeva bildirib ki, Azərbaycan məhz Ulu Öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub. Bu gün 760 mindən çox üzvü olan YAP müstəqil Azərbaycanın ictimai-siyasi həyatında layiqli yer tutaraq ölkəni yeni qələbələrə doğru inamla aparır. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsindəki əzmkar qələbəsi buna bariz nümunədir.

Digər tədbir iştirakçıları da partiyanın 29 ildə keçdiyi zəngin inkişaf yolundan, ölkənin siyasi taleyində həlledici rola malik siyasi qüvvə kimi özünü təsdiq etdiyindən danışıblar.

Daha sonra maraqlı idman mübarizəsi şəraitində keçən yarışın qaliblərinə kubok və medallar təqdim olunub.