YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda şəhid Rafik Bəyverdiyevin xatirəsi anılıb

Qusar rayonun Cibir kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Bəyverdiyev Rafik Nurməhəmməd oğlunun anım mərasimi keçirilib.

YAP Qusar rayon təşkilatının rəhbərliyi və fəalları,rayonun idarə-müəssisə rəhbərləri, şəhid ailəsinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri anım mərasimində iştirak ediblər.

 Şəhid Rafik Bəyverdiyevin ailəsi ziyarət olunub, təşkilatın nümayəndələri ailənin qayğıları ilə maraqlanıb. Şəhidin atası Nurməhəmməd Bəyverdiyev göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.