YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda YAP-ın yaranmasının 29-cü ildönümü münasibətilə şahmat turniri keçirilib

YAP Yevlax rayon təşkilatının təşkilatçılığı ilə Yevlax şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbində ümumrayon məktəbliləri arasında şahmat turniri keçirilib.

Turnir Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşlarının və məktəblilərin iştirak etdiyi tədbiri giriş söz ilə açan YAP Yevlax rayon təşkilatının əməkdaşı Tural İsmayılov  Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirərək, partiyanın, müasir Azərbaycanın qurucusu Ümummili Lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edib.

YAP üzvlərinin daim Heydər Əliyev ideyalarına sadiq olduğunu diqqətə çatdıran YAP fəalı həmçinin, Prezident, partiyamızın Sədri İlham Əliyevin güclü iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində doğma torpaqlarımızın işğalına son qoyulmasından, bununla da tarixi ədalətin bərpa olunmasından danışıb.

Tədbirdə çıxış edən digər natiqlər YAP-ın yaranmasının tarixi əhəmiyyətindən bəhs edib, turnir iştirakçılarına uğurlar arzulayıblar.

Tədbirin sonunda beş turdan ibarət olan Şahmat turnirinin qaliblərinə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.