YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdam rayon təşkilatının əməkdaşları şəhid Orxan Dadaşovun ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının əməkdaşları və könüllüləri II Qarabağ-Vətən müharibəsində şəhid olmuş Dadaşov Orxan Vaqif oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Sonra şəhidin məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Mərasimdə şəhidin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu qeyd edən natiqlər ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini vurğulayıblar.