YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Koreyada batan gəminin kapitanı ehtiyatsızlıqdan adam öldürmədə günahlandırılır

“bbc.com”un məlumatına görə, aprel ayında Cənubi Koreya ərazisində qəzaya uğrayan gəminin kapitanına qarşı ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürülüb. Buna səbəb 68 yaşlı kapitan Li Cun-seokun sərnişinlərə yerlərindən tərpənməmək göstərişi verdiyi halda, özünün gəmini tərk etməsidir. Kapitanla yanaşı, gəminin daha üç nəfər işçi heyətin üzvlərinə qarşı da eyni ittiham irəli sürülüb.

Xatırladaq ki, gəminin batması nəticəsində əksəriyyəti məktəblilər olmaqla 281 nəfərin ölüb, 23 nəfər itkin düşüb. Batan gəmidən 172 nəfər sağ qurtula bilib, 29 nəfərlik ekipaj üzvlərindən isə 22-si xilas olub.