YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Famil Ağaşovun ildönümü mərasimi keçirilib

YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, qazilər və ictimaiyyət nümayəndələri Cəlilabad şəhər sakini, şəhid Ağaşov Famil Vüqar oğlunun ildönümü mərasimində iştirak ediblər.

Anım tədbirində şəhidin şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb.

Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən hərbi əməliyyatlarda Famil kimi igidlərimizin düşmənə əsl qəhrəmanlıq dərsi keçməklə möhtəşəm Zəfər qazandıqlarını vurğulayıblar.