YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar rayonunda Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib

Qusar rayonunda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, YAP Qusar rayon təşkilatının, rayon hüquq mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə çıxış edən Ş.Alxasov 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlarından söz açıb. Qeyd edib ki, şəhid ailələri və Vətən müharibəsi qaziləri hər zaman dövlət qayğısı ilə əhatə olunub.

Daha sonra tədbir iştirakçıları qaziləri narahat edən problemləri dinləyib, qayğıları ilə maraqlanıblar.

Görüşdə iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.