YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Ağayusif Əliyevin ildönüm mərasimi keçirilib

Ucar rayonunda Vətən müharibəsi şəhidi Əliyev Ağayusif Mübariz oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirinə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Tədbir iştirakçıları rayonun Bağban kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin adını daşıyan bulağın qarşısında keçirilən anım mərasimində iştirak edərək vətən qəhrəmanının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Qeyd edək ki, Ağayusif Əliyev noyabrın 10-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.