YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının  Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatında 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsidir: “Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edildi. Həmin gün, həmçinin ilk dəfə Milli Məclisə çoxpartiyalı sistem əsasında seçkilər keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alan Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı”.

Sonra Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədr əvəzi Pərviz Hümbətov çıxış edərək  vurğulayıb  ki, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə konstitusiya qəbul olunmadığı üçün Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür:  “1978-ci il aprelin 21-də Azərbaycan SSR-nin sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. 1995-ci ildə qəbul edilən konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib”.

Daha sonra çıxış edənlər YAP Göygöl rayon təşkilatının məsləhətçisi Aygün Həsənova, YAP üzvü Ülviyyə Mustafayeva  vurğulayıblar ki, 26 il əvvəl, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. Vurğulanıb ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olub.

Sonda Konstitusiya Gününə həsr olunan videoçarx izlənilib.

DİGƏR Xəbərlər Arxiv