Xəbərlər
Tərtər rayonunda şəhid Elvin Abbasovun xatirəsi anılıb

YAP Tərtər rayon təşkilatının rəhbərliyi, təşkilatın fəalları, rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun anım mərasimində iştirak ediblər.
Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Sonra şəhidlərin əziz xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksinin açılışı olub.
Şəhidin valideynləri ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.