Xəbərlər
Tərtər rayonunda şəhid Cahangir Surxayzadənin xatirəsi anılıb
YAP Tərtər rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov və təşkilatın fəalları, rayon İcra Hakimiyyəti, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Surxayzadə Cahangir Hətəm oğlunun anım mərasimində iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Sonra rayon təşkilatının nümayəndələri şəhidin anım mərasimində iştirak edərək ailə üzvlərinə başsağlığı veriblər.
Şəhidin valideyinləri ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.