YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Masallı şəhərində  şəhid  Murad Ocaqdurdu oğlu  Nəfəsovun  şəhidlik zirvəsinə ucalmasının ildönümü ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər.

   Məşhur Məmmədov bildirib ki, 30 illik torpaq həsrətinə 44 günlük İkinci Qarabağ müharibəsində tarix  Zəfərimizlə son qoyuldu. Bu Zəfəri bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, güclü, qüdrətli Azərbaycan Ordusuna, yenilməz, məğrur xalqımıza  minnətdarlığmızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

   Millət vəkili dövlətimizin şəhid ailələrinə, qazilərə diqqət və qayğısından, şəhidlərimizin  xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edib. Vurğulayıb ki,  torpaq, Vətən uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi daim qəlbimizdə əbədi yaşayacaq, onların həyat yolu neçə-neçə nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayacaq. Tarixi Zəfərimiz torpaq, Vətən sevgimizin nümunəsidir.

   Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.