YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda Vətən müharibəsi qaziləri ilə görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov Ağdaş rayon Heydər Əliyev Mərkəzində bir qrup Vətən müharibəsi qaziləri ilə görüş keçirmişdir.

Görüşdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qazilərlə söhbət zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün qurduğu strategiya, qətiyyəti və siyasi iradəsi, qəhrəman hərbçilərimizin şücaəti hesabına ölkəmizin mənfur düşmən üzərində qələbə qazanılmasından söhbət açılmışdır. Bu gün qürurla qeyd etdiyimiz tarixi Qələbənin döyüş meydanında müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın mərd, cəsur, qorxmaz oğullarının sayəsində qazanıldığı, şəhidlərin canı, qazilərin qanı bahasına, xalqımızın birliyi ilə əldə edildiyi vurğulanmışdır. Qazilərin, şəhid ailələrinin dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu diqqətə çatdırılmışdır. 

Qazilərimiz ən ağır döyüşlərin getdiyi anlarda belə əsgərlərin, şəxsi heyətin yüksək əhval-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, ərazilərimizin düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü  qeyd edərək, dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Görüş qarşılıqlı diskusiya şəraitində davam etmiş, qaziləri narahat edən məsələlər dinlənilmiş, edilən müraciətlər müzakirə olunaraq həlli yolları barədə fikir mübadiləsi aparılmışdır.

Qazilərimiz bir daha bəyan etmişlər ki, onlar hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşiblər və Müzəffər Ali Baş Komandanımızın hər bir əmrini canla-başla icra etməyə daima hazırdırlar.