YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhidlərin anım mərasimləri keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, Milli Məclisin deputatı Pərvin Kərimzadə və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidləri Əliyev Cavid Samir oğlunun və Məmmədov Araz Adil oğlunun ildönümü mərasimlərinə qatılıblar.

Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, əziz xatirələrini dərin ehtiramla yad ediblər. Qəhrəman oğulların Vətən müharibəsində göstərdikləri şücaət və igidliklərdən danışıb, qazanılan qələbədə hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, Cavid Əliyev noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümdən sonra “Vətən uğrunda” medalına layiq görülüb. Xüsusi Təyinatlı Qüvvələrin heyətində döyüşən Araz Məmmədov isə noyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.