YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Zəfər Günü münasibətilə şəhid ailələri və qazilər üçün kardioloji müayinə aksiyası baş tutub

Sabirabadda Yeni Azərbaycan Partiyasının dəstəyi, YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun “Arterial Hipertenziya” şöbəsinin rəhbəri professor Tofiq Cahangirovun təşəbbüsü ilə şəhid ailələri və qazilər üçün “Zəfər Azərbaycanındır” adlı kardioloji müayinə aksiyası keçirilib.

Əvvəlcə aksiya iştirakçıları Sabirabad rayonunda ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada professor Tofiq Cahangirovun konsultasiyasından yararlanmaqla yanaşı, rəngli dopler və exokardioqrafiya, EKQ və laborator müayinələrdən keçiblər. Müraciət edən vətəndaşlar müayinələrlə yanaşı, Fransanın Azərbaycandakı nümayəndəliyi olan “Servye Azərbaycan” əczaçı şirkətinin dəstəyi ilə pulsuz dərman preparatları ilə də təmin olunublar. Bundan başqa, əlavə müayinəyə ehtiyacı olan şəxslərin Bakı şəhərində növbəti müayinə və müalicəsi üçün şərait yaradılıb.

Hər zaman dövlətin dəstəyini və qayğısını hiss etdiklərini ifadə edən şəhid ailələri və qazilər bu kimi aksiyaların məhz onlara göstərilən diqqətin bariz nümunəsi olduğunu söyləyiblər.