YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Vətən müharibəsi şəhidlərinin ildönümləri ilə əlaqədar anım tədbirləri keçirilib

Qusarda Vətən müharibəsi şəhidlərinin ildönümləri ilə əlaqədar anım tədbirləri davam etdirilir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının və rayon ictimaiyyətinin nümayəndələri rayonun Əniq kəndindən olan Vətən müharibəsi şəhidi leytenant İmaməliyev Sərraf Murtuzəli oğlunun ildönümü mərasimində iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kəndin girişində şəhidlərin xatirəsinə ucaldılan abidəni və şəhid Sərraf İmaməliyevin məzarını ziyarət ediblər.

Daha sonra şəhidin ailəsi ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıblar.

Partiya nümayəndələri Qusar rayonunun Xürel kəndində şəhid Şixəliyev Ənvər Vadim oğlunun anım mərasiminə də qatılıblar. Şəhid ailələri ilə görüşlərdə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılıb, Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb, onların əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Şəhidlərin valideynləri övladlarının qısa və şərəfli ömür yolundan, göstərdikləri şücaətdən, Vətən sevgisindən bəhs ediblər.