YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir keçirilib

Laçın rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP rayon təşkilatının əməkdaşları və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılan büstünü və qəsəbə ərazisində Vətən müharibəsi şəhidlərinin Xatirə Kompleksini ziyarət ediblər.

Daha sonra Heydər Əliyev meydanında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Zəfər Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub.

Tədbir ağacəkmə aksiyası ilə davam etdirilib. İştirakçılar şəhidlərin Xatirə Kompleksi ətrafında və qəsəbə ərazisində 500-dən çox həmişəyaşıl və mövsümi ağaclar əkiblər.