YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Elcan Qoşqar oğlu Bayramov anılıb. Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, şəhid Elcan Qoşqar oğlu Bayramov 3 avqust 2001-ci ildə Göygöl şəhərində anadan olub. 2019-cü ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Elcan Bayramov xidmətdə olduğu dövrə təsadüf edən 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan kimi hərbi əməliyyatlarda  iştirak edib. Elcan Bayramov 28 sentyabr 2020-ci il tarixdə Füzuli  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Elcan Qoşqar oğlu Bayramov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”  medalı ilə təltif edilib.

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv