YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda şəhid Tofiq Kərimovun xatirəsi anılıb

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Tofiq Kərimovun Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Şəhidin anım mərasimində YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhidin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək Tofiq  Kərimovla bağlı xatirələrini bölüşüb, onun şərəfli həyat və döyüş yolundan söz açıblar.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.