YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənddə şəhidin anım günü keçirilib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Qaradağlı kənd sakini şəhid Tağıyev Elzamin Eyvaz oğlunun anım günü ilə bağlı tədbir keçirilib.

Xocavənd qəsəbəsi Şəhidlər məzarlığında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının fəal üzvüləri, Kürdəmir Regioanal Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlı, şəhidin orta məktəb illərində müəllimi olmuş Telli Alıyeva iştirak ediblər.

Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.

44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, Elzaminin şücaətindən, onunla bağlı xatirələrindən, eyni zamanda, şəhid ailələri və qazilərə dövlət qayğısından söhbət açılıb.

Qeyd olunub ki, Elzamin Tağıyev Eyvaz oğlu 1992-ci ildə Xocavənd rayon Qaradağlı kəndində doğulub. 2010-cı ildə hərbi xidmətə yollanıb, Hərbi xidmətdən qayıtdıqdan sonra Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə rayonun ictimai-siyasi mühitində aktiv iştirak edib, 2015-ci ildən Xocavənd rayon Mərkəzi Kitabxana sistemində şöbə müdiri vəzifəsində çalışıb. Həmçinin bir çox idman yarışlarının iştirakçısı olub. Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai şurasının üzvü olub. 8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılıb. Tağıyev Elzamin Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Elzamin Tağıyev Eyvaz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv